Modern.az

Rafael Ağayev 11-ci dəfə Avropa çempionu oldu

Rafael Ağayev 11-ci dəfə Avropa çempionu oldu

Aktual

12 May 2018, 20:00

Azərbaycan karateçiləri qalib oldular.

 

Modern.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyası nümayəndə heyəti tam tərkibdə Avropa çempionatında iştirak üçün Serbiyadadır. İdmançılarımız mübarizəyə qoşulublar. Aparılan mübarizədə Azərbaycan karateçisi Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub, Azərbaycan bayrağını beynəlxalq arenada dalğalandırıb və himnimiz səsləndirilib. Milli komandanın üzvləri Rafael Ağayev, Şahin Atamov, qadınlardan İrina Zaretska bugün Serbiyada keçirilən Avropa Çempionatında bir qızıl və iki gümüş medal qazanıblar. AMKF-in məlumatına əsasən, Azərbaycanlı idmançı Şahin Atamov 2-ci, İrina Zaretska isə 3-cü yerə layiq görülüb.

 

Yarışlarda AMKF-nin prezidenti Yaşar Bəşirov, vitse-prezidenti Rəhman Hətəmov, AMKF-nin Baş Katibi MirHəsən Seyidov iştirak edib, idmançıları təbrik ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza