Modern.az

İranın nüvə proqramına nəzarət üzrə baş inspektoru istefa verdi

İranın nüvə proqramına nəzarət üzrə baş inspektoru istefa verdi

Aktual

12 May 2018, 22:20

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair beynəlxalq sazişə nəzarət üzrə baş inspektoru, BAEA-nın baş direktorunun müavini Tero Varyoranta gözlənilmədən tutduğu vəzifədən istefa verib.

 

Modern.az  xəbər verir ki, beynəlxalq agentlik tərəfindən T.Varyorantanın istefasının səbəbləri göstərilməsə də, istefanın Amerika Birləşmiş Ştatlarının beynəlxalq sazişdən imtinadan cəmi bir neçə gün sonraya təsadüf etməsi mətbuatın diqqətindən yayınmayıb. İranın nüvə proqramına nəzarətin gələcəyi ilə bağlı suallara beynəlxalq agentlikdən qısa cavab verilib: “Nəzarət bundan sonra da ən yüksək professionallıqla davam etdiriləcək”.

 

2013-cü ildən bəri BAEA-nın nəzarət üzrə şöbəsinə rəhbərlik edən finlandiyalı T.Varyoranta 2015-ci ildən sonra İranın nüvə proqramı ilə bağlı dəfələrlə bu ölkədəki nüvə obyektlərinə monitorinq səfərləri edib.

 

BAEA-nın rəhbəri Yukiya Amano Varyorantanın əməkdaşlarından biri olan Massimo Aparonu müvəqqəti olaraq baş inspektor vəzifəsinə təyin edib. (AZƏRTAC)

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza