Modern.az

Kərkükdə seçki məntəqəsinin yaxınlığında partlayış - 3 ölü

Kərkükdə seçki məntəqəsinin yaxınlığında partlayış - 3 ölü

Dünya

12 May 2018, 22:58

İraqın Kərkük əyalətində seçki məntəqəsinin yaxınlığında partlayış baş verib.

 

Modern.az-ın məlumatına görə, partlayış nəticəsində 3 nəfər həlak olub. Əldəqayırma partlayıcı qurğu Əl-Huveyca şəhərində seçki məntəqəsinə aparan yolda partladılıb.

 

Qeyd edək ki, daha əvvəl İŞİD terror qruplaşmasının üzvləri Kərkük əyalətində blokpostlardan birinə hücum ediblər. Hücum nəticəsində 4 polis və 2 hərbçi həlak olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı