İndoneziyanın ikinci ən böyük şəhəri olan Surabayada iki kilsədə partlayış olub.
Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.
Terror nəticəsində ümumilikdə 9 nəfər ölüb, 40-dan çox şəxs isə yaralanıb.
Partlayışın avtomobil və motosikletdə gələn terrorçu-intiharçılar tərəfindən törədildiyi bildirilir.
Ölənlər arasında iki polis əməkdaşı da var.