Modern.az

Baş nazir istefa haqqında qərar qəbul edib

Baş nazir istefa haqqında qərar qəbul edib

Təhsil

23 Avqust 2011, 11:14

Yaponiyanın baş naziri Naoto Kan avqustun 29-da istefa verəcəyini açıqlayıb. Modern.az BBC-yə istinadən bildirir ki, həmin gün hakim partiyaya yeni sədr seçkiləri keçiirləcək.  Kan deyib ki,  yapon höküməti tam tərkibdə bir gün sonra istefaya gedəcək.  “Yeni baş nazir avqustun 30-da seçiləcək”.

Müxalifətin və təmsil olunduğu partiyadakı nüfuzlu qüvvələrin təzyiqi altında olan baş nazir bir sıra şərtlərinin yerinə yetirilməsindən sonra istefaya getməyə hazır olduğunu bildirib.  Bura ilk növbədə maliyyə vəziyyətini normallaşdıracaqa qanun layihələrinin qəbulu və sunami nəticəsində yaranmış dağıntıların aradan qaldırılması istiqamətində tədbirlərin uzadılması şərti daxildir. Hazırda bu şərtlərin ikisi də təmin edilib.

Onun yerinə maliyyə naziri Yosixiko Nodanın seçiləcəyi güman olunur. Hakimiyyətdə olan Demokratlar Partiyası onun namizdəliyinə razılıq verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım