Modern.az

Səfər Əbiyev səfirə xoşagəlməz vəziyyətdən danışıb

Səfər Əbiyev səfirə xoşagəlməz vəziyyətdən danışıb

Təhsil

23 Avqust 2011, 11:55

Avqustun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini aviasiya vitse-marşalı Qraham Hovardı qəbul edib. Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir S.Əbiyev Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğalı barədə qonağı məlumatlandıraraq qeyd edib ki, artıq 20 ildir bu təcavüz davam edir. Minsk Qrupu tərəfindən aparılan danışıqlar heç bir nəticə verməyib. BMT-nin 4 qətnaməsi də indiyədək icra olunmayıb. Müdafiə naziri belə bir xoşagəlməz vəziyyətin hökm sürməsini dünyada hələ də ikili standartların mövcud olması ilə əlaqələndirib.

Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə də diqqət yetirilib. Qonaq hərbi sahədə inkişafa nail olmaq üçün Böyük Britaniyanın fəaliyyətini artıracağını bildirərək deyib ki, artıq ikitərəfli hərbi əməkdaşlıq barədə sazişin imzalanmasının vaxtı çatıb.

Nazir S.Əbiyev bu təklifə öz razılığını bildirib.   

Modern.az

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım