Bundan sonra Azərbaycanla Qarabağ danışıqlarında Ermənistanı yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan təmsil edəcək.
Modern.az-ın məlumatına görə, Ermənistanda yeni Nazirlər Kabinetinin tərkibi formalaşdırılarkən xarici işlər naziri postunu tutan Edvard Nalbandyan yeni baş nazir Nikol Paşinyanın komandasından kənarda saxlanılıb.
Zöhrab Mnatsakanyan 20 mart 1966-ci ildə Yerevanda anadan olub.
1990-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 1989-ci ildə SSRİ-nin ABŞ-dakı səfirliyində təcrübə keçib. 1991-ci ildə Böyük Britaniyadakı Mançester universitetinin politologiya fakültəsində Qərbi Avropa siyasəti sahəsində magistr dərəcəsi alıb.
1991-1993-ci illərdə Ermənistan Xarici İşlər Nazirliyində Avropa departamentinin ikinci katibi, sonra üçüncü karttibi vəzifələrini tutub. 1993-1997-ci illərdə Ermənistanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi, sonra ikinci katibi işləyib.
1997-ci ildə Ermənistan baş nazirinin köməkçisi işləyib. 1997-1998-cui illərdə Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı olub.
1999-2002-ci illərdə Ermənistan Prezident Aparatının xarici əlaqələr üzrə idarəsinin rəisi işləyib.
2002-2008-ci illərdə BMT-nin Cenevrə ofisində və digər beynəlxalq təşkilatlarda (Cenevrə, İsveçrə) Ermənistanın daimi nümayəndəsi olub.
2002-2008-ci illərdə İsveçrədə Ermənistan Respublikasının səfiri, 2008-2011-ci illərdə Avropa Şurasında (Strasburq, Fransa) Ermənistan Respublikasının daimi nümayəndəsi vəzifəsini tutub.
2011-ci ilin sentyabrından 2014-cü ilədək Ermənistan xarici işlər nazirinin müavini olub.
2014-cü ildə Ermənistanın BMT-dəki daimi nümayəndəsi işləyib.
Rus, ingilis, fransız dillərini bilir.
Ailəlidir, iki övladı var.