Modern.az

Azərbaycan Qlobal Gənclər Sammitində təmsil olunacaq

Azərbaycan Qlobal Gənclər Sammitində təmsil olunacaq

Təhsil

23 Avqust 2011, 12:44

“NUR” Uşaq və Gənclərin İctimai Birliyinin sədr müavini Fidan Kərimli noyabrın 13-19 tarixlərində Londonda keçiriləcək Qlobal Gənclər Sammitində iştirak edəcək. Modern.az-ın məlumatına görə, F.Kərimli dünyanın müxtəlif yerlərindən olan təxminən 1900 gəncin arasından seçilib. Sammitdə iştirak üçün seçilmiş 60 gənc 1 həftə boyu təhsil, HİV/AİDS, sosial sahibkarlıq, iqlim dəyişikliyi, yoxsulluğun azaldılması və  insan hüquqları sahələrində ən yaxşı təcrübələrini paylaşacaqlar.

Dəyişiklik Uğrunda çalışan yeni seçilmiş liderlər fəallıq mövzusunda ən yaxşı təcrübələrini paylaşacaq və öz ölkələrində qarşılaşdıqları məsələlərə ən yaxşı formada necə diqqət çəkəcəkləri barədə mütəxəssislər və digər gənc fəal icma üzvləri ilə birgə çalışacaqlar.

Qlobal Gənclər Sammiti British Council-ın “Qlobal Dəyişiklik Uğrunda” təşəbbüsünün bir hissəsidir. Qlobal Dəyişiklik Uğrunda çalışan liderlər sosial sahibkarlar, fəal cəmiyyət üzvləri  və könüllülərdən  (16-25 yaşlı) ibarət mühüm nəaliyyətləri olan seçilmiş gənclər qrupunun qlobal şəbəkəsidir. Onlar fikirlərini və ən yaxşı təcrübələrini bölüşmək, öz yerli icmalarındakı insanların  həyatına birbaşa təsir edən layihələr üzərində  fərdi və qrup şəklində çalışmaq üçün görüşürlər. Bundan başqa, hər il seçilmiş Qlobal Dəyişiklik Uğrunda çalışan liderlər qrupu vəkil kimi fəaliyyət göstərmək  və qlobal gündəlikdə duran əsas məsələlər haqda qərar verən insanların məlumatlılığını artırmaq üçün yüksək səviyyəli siyasi və iqtisadi tədbirlərdə iştirak edir.

2007-ci il Davosda keçirilən Dünya İqtisadi Forumunun illik görüşündə əsası qoyulan Qlobal Dəyişiklik Uğrunda qrup, Dünya İqtisadi Forumunun tədbirlərində (Davos, Şarm-əh-Şeyx, Kartaxena, Dar-es-Salam və Keyp Taunda), Klinton Qlobal Təşəbbüsü, Qlobal Humanitar Forumu, BMT –nin  W-CCIII və G20 sammitində iştirak və onlarla əməkdaşlıq etmişdir. Fərdi dəstəkçilərə İordaniya Kraliçası Rania Əl-Abdulla, prezident Bill Klinton və aktrisa Emma Tomson da daxildir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım