Kənd təsərrüfatı naziri İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun (TETİ) yeni inzibati binası və laboratoriyaları, İsrailin “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6.14 ha ərazidə qurulan müasir istixana və 30 ha açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.
Bu barədə nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri ilə görüşən nazir onlara öz tapşırıq və tövsiyələrini verib. İ.Kərimov qeyd edib ki, institutların tədqiqatları ölkənin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.
Eyni zamanda İ.Kərimov növbəti kadr dəyişikliyilə bağlı əmr imzalayıb. Belə ki, İnstitutun direktoru Ələddin Eyvazov Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.