Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsinə sərt reaksiya verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun fikrincə, Vaşinqton Yaxın Şərqdə vasitəçilik missiyasını itirib.
“Münaqişənin həlli üçün vasitəçi olmaq yerinə, ABŞ tərəflərdən birini dəstəkləyərək münaqişənin həllində qızışdırıcı rola sahiblənib. Beləliklə, ABŞ Yaxın Şərq münaqişəsinin həllində vasitəçi olmaq şanslarını itirib”.
Ərdoğan Türkiyənin ABŞ-ın Qüdslə bağlı qərarını dəstəkləməyəcəyini bildirib.