Modern.az

Dünya çempionatına təyinat almış futbol hakimi həbs olunub

Dünya çempionatına təyinat almış futbol hakimi həbs olunub

Dünya

14 May 2018, 21:35

Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2018-ci il dünya çempionatına təyinat almış hakim Fəhəd əl-Mirdasini ömürlük diskvalifikasiya edib.

 

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, səbəb əl-Mirdasinin danışılmış oyunlarda iştirakıdır.

 

Daha əvvəl o, mayın 12-də keçirilmiş Kral Kubokunun final matçının hakimliyindən kənarlaşdırılıb. Bildirilir ki, referi mayın 11-də finalçı klublardan birinin rəsmi şəxsi ilə əlaqə quraraq, qələbəyə köməyi qarşılığında pul mükafatı tələb edib. Hazırda 33 yaşlı baş hakim həbsdədir.

 

Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşdə çalışıb.

 

Dünya çempionatı 14 iyun - 15 iyul tarixlərində Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı