Modern.az

İsa Qəmbər və Əli Kərimlinin müavinlərinin məhkəməsi gedir

İsa Qəmbər və Əli Kərimlinin müavinlərinin məhkəməsi gedir

Təhsil

23 Avqust 2011, 14:46

Bu gün Səbayıl rayon məhkəməsində  2 aprel aksiyasına görə həbs olunan 4 nəfərin - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi üzrə məhkəmə prosesi davam edib. Bu barədə Modern.az AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilov məlumat verib.

Məhkəmədə müdafiə tərəfi müttəhimlərin əməllərində cinayət tərkibi olmadığı üçün işə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb. Digər vəsatət isə həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilib. Vəsatətlərə baxılması üçün məhkəmə müşavirəyə gedib.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanın pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım