Vyana polisi 7 yaşlı Hadişt adlı çeçen qızınını qatilinin onun 16 yaşlı qonşusu olduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, hadisə həmin gəncin evində olub. Uşağa qəzəblənən yeniyetmə bıçaqla zərbə endirərək Hadiştin ölümünə səbəb olub. Onun da milliyətcə çeçen olduğu bildirilir.
XXX
Vyanada 7 yaşlı Hadişt adlı çeçen qızının amansızlıqla qətlə yetirilməsi bütün Avstriyanı şoka salmışdı.
Modern.az xəbər verir ki, mayın 11-də Hadiştin meyiti zibil yeşiklərinin arasında tapılmışdı. Ekpsertiza onun bıçaqlanataq qətlə yetirildiyini müəyyən etmişdi.
Avstriyadakı çeçen icmasının məlumatına görə, cinayətə görə itkin düşən qızın qonşuluğunda yaşayan azərbaycanlı cütlük saxlanılıb. Azərbaycanlı ər-arvadın 2 azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.