Ermənistanda növbədənkənar parlament seçkiləri bu il keçiriləcək.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yeni baş nazir Nikol Paşinyan jurnalistlərə bildirib.
“Düşünürəm ki, Parlament hökumətin proqramını təsdiqləyəcək və növbədənkənar Parlament seçkiləri bu il keçiriləcək”- Paşinyan bildirib.
Həmçinin baş nazir yeni hökuməti tərifləyərək onu balanslaşdırılmış adlandırıb.
Onun ünvanına səsləndirilən təcrübəsizlik ittihamlarına isə o hər kəsin bu postda təcrübəsiz olduğunu qeyd edib.
Əvəz ZEYNALOV