Avqustun 25-dən 27-ə qədər Kanadanın Niaqara və Toronto şəhərlərində Azərbaycan Mədəniyyət və İncəsənət günləri keçiriləcək.
Bu barədə Modern.az saytına Milli Məclisin deputatı Elmira Axundova məlumat verib. Millət vəkili qeyd edib ki, səfər çərçivəsində avqustun 26-da Toronto Kral Konservatoriyasında Beynəlxalq Muğam Festivalının açılışı olacaq və orada Azərbaycanın da muğamı səslənəcək.
E.Axundovanın sözlərinə görə, bu məqsədlə Azərbaycandan bir qrup ictimai, siyasi xadim, deputatlardan ibarət nümayəndə heyəti Kanadaya gedəcək.
Nümayəndə heyətinin tərkibinə millət vəkillərindən Arif Rəhimzadə və Elmira Axundova daxildir.
Deputatlar eyni zamanda Toronto ştatının parlamentində görüşlər keçirəcəklər, Niaqara şəhərində yerləşən Heydər Əliyev adına Beynəlxalq Mərkəzi ziyarət edəcəklər.
Modern.az