Qvatemala prezidenti Cimmi Morales Qüdsdə səfirliyin açılışı ilə bağlı İsrailə səfər edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Təl-Əvivdən Qüdsə keçirilmiş Qvatemala səfirliyinin açılışı mayın 16-da baş tutacaq.
Qeyd edək ki, ABŞ səfirliyi Qüdsdə fəaliyyətə başlayıb. Bu barədə qərar isə ötən ilin dekabrında verilmişdi.