Modern.az

Şagird məktəbdə öldü - Biləsuvarda

Şagird məktəbdə öldü - Biləsuvarda

Aktual

15 May 2018, 18:22

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.

 

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.

 

 

Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza