Modern.az

Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava olub

Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava olub

Aktual

15 May 2018, 20:20

Sumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub.

 

Modern.az-ın  verdiyi məlumata görə, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.

 

Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.

 

Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır. (report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza