Modern.az

Tramp müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib

Tramp müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib

Dünya

15 May 2018, 23:00

ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.

 

Modern.az  xəbər verir ki, bununla bağlı ABŞ prezidentinin bəyanatında bildirilir.

 

"Ramazan bizə müsəlmanların Amerikanın dini landşaftına əlavə etdiyi sərvəti xatırladır. Bizim konstitusiyamız zəmanət verir ki, müsəlmanlar öz vicdanlarının hökmlərinə uyğun olaraq və hökumət tərəfindən hər hansı maneəsiz Ramazana riayət edə bilərlər", - deyə Trampın bəyanatında deyilir.

 

Dövlət başçısı qeyd edib ki, xeyli insan Ramazanı bayram edirlər. "Melanya və mən onların mübarək ayda verdikləri ümidlərinə qoşuluruq. Ramazanınız Mübarək", - deyə Tramp fikirlərini yekunlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı