Modern.az

Seçicilər şikayət ərizələrini deputata veriblər

Seçicilər şikayət ərizələrini deputata veriblər

Təhsil

23 Avqust 2011, 18:09

Milli Məclisin deputatı Fuad Muradov bu gün Səbail rayonu Bayıl qəsəbəsi 2-ci Səlyan döngəsinin sakinləri ilə görüş keçirib. Görüşdə məqsəd sakinləri narahat edən bir sıra məsələ - evlərin onların öz hesablarına sökülərək ərazini boşaltmaları barədə məhkəmə qərarı, qeydiyyatdan çıxarılma və bu kimi köçürmə halları ilə bağlı idi.
Deputatın qərargahından Modern.az-a bildirilib ki, Fuad Muradov sakinləri dinlədikdən sonra onların şikayət və ərizələrini götürərək bu məsələ ilə əlaqədar aidiyyatı orqanlarla görüşlər və danışıqlar apardıqdan sonra onlara məlumat veriləcəyini bildirib.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım