Modern.az

İsrail səfiri Türkiyəni tərk etdi - YENİLƏNİB

İsrail səfiri Türkiyəni tərk etdi - YENİLƏNİB

16 May 2018, 12:55

İsrailin Ankaradakı səfiri Eitan Naeh Türkiyəni tərk edib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfirin nə zaman geri qayıdacağı məlum deyil. 



***

İsrailin İstanbuldakı baş konsulu Yosef Levi Sfari Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az “Anadolu ajansı”na istinadən xəbər verir ki, baş konsuldan bir müddətliyinə öz ölkəsinə qayıtmaq tələb edilib.

 

Baş konsulun ölkədən çıxarılmasının əsas səbəbi kimi Qəzza zolağında baş vermiş gərginlik və fələstinlilərin İsrail əsgərləri tərəfindən qətl edilməsi göstərilib.

Siyasi mənbələrə görə Türkiyənin bu addımı Qüdsdəki baş konsul Gürcan Türkoğlunun İsrail  Xarici İşlər Nazirliyinə çağırılaraq Türkiyəyə qayıtmağı tələb olunması ilə bağlı olub.

 

Qeyd edək ki, Türkiyə mayın 15-də İsrailin  Ankaradakı səfiri İtan Nehi də ölkədən çıxarıb. Bundan əlavə Türkiyə həmçinin Vaşinqtonqadkı və Təl-əvivdəki səfirlərini məsləhətləşmələr üçün ölkəyə çağırıb.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı