Modern.az

“Taliban” 300 döyüşçüsünü itirdi

“Taliban” 300 döyüşçüsünü itirdi

16 May 2018, 11:48

Əfqanıstanda 300 talib öldürülüb

 

Əfqanıstanın Farah şəhəri uğrunda gedən döyüşlərdə 300 “Taliban” terror qruplaşmasının üçvü zərərsizləşdirilib.

 

Modern.az “Tolo News” kanalına istinadən xəbər verir ki, bu barədə Farah əyalətinin qubernatoru Abdul Basir Salanqi məlumat verib.

Onun sözlərinə görə mayın 15-də şəhərə min nəfər “Taliban” döyüşçüsü hücum edib. Sonra isə daha min  nəfər də hücuma qoşulub. Şəhər uğrunda gedən döyüşlərdə 15 əfqan hərbçisi, 10 nəfər polis nəfəri və 5 dinc sakin həlak olub.

 

Məlumatda həmçinin qeyd olunur ki, hücumda Helmand, Herat, Hur və Zabul əyalətlərindən “Taliban” qruplaşmasının üzvləri iştirak edib. Hazırda qruplaşma üzvləri Şir-kuh, Peşt-koh və Reci rayonlarında mohkəmləniblər.

 

Əvəz ZEYNALOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı