Modern.az

Millət vəkilinin həbsdən çıxan oğlu bir həftədən sonra Bakıdan gedəcək

Millət vəkilinin həbsdən çıxan oğlu bir həftədən sonra Bakıdan gedəcək

Təhsil

23 Avqust 2011, 18:12


Milli Məclisin deputatı, Ədalət Partiyasın sədri İlyas İsmayılovun Rusiyada həbsdən çıxan oğlu Etimad İsmayılov artıq Bakıdadı.

Bu barədə Modern.az saytına İlyas İsmayılovun özü məlumat verib. O qeyd edib ki, beş ildən artıq müddətdə həbsdə qalmasına baxmayaraq, oğlumun səhhətində heç bir problem yoxdu: “Etimad fiziki cəhətdən də  güclü adamdır. Ona görə də ona heç cür təsir etmək mümkün deyil”.

Onun uzun müddət Bakıda  qalıb-qalmamasına aydınlıq gətirən deputat bildirib ki, Etimad indi sənədlərini hazırlayır, sənədlərini hazırlayandan  sonra Bakıdan əvvəlki iş yerinə qayıdacaq, yəqin bu proses bir həftə çəkəcək.

Millət vəkili oğlunun bundan sonra da öz işlərini davam etdirmək niyyətində olduğunu bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım