Modern.az

Yerevanda merə qarşı mitinq keçirildi

Yerevanda merə qarşı mitinq keçirildi

Aktual

16 May 2018, 14:02

Ermənistanın paytaxtı Yerevanda şəhər meri Taron Marqaryanın əleyhinə mitinq keçirilib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, merin istefasını tələb edən etirazçılar meriyanın binasına daxil olublar.

 

Mitinq iştirakçıları meriya binasına daxil olaraq merin kabinetinə daxil olmağa çalışıblar. Onların qarşısını polis əməkdaşları və meriyanın işçiləri kəsiblər.

 

Marqaryanın əleyhdarları meriya yaxınlığında olan parkın yenilənməsi ilə əlaqədar aparılan işlər zamanı ağacların kəsilməsinə narazılıqlarını ifadə ediblər.

 

Qeyd edək ki, Taron Marqaryan hazırda müxalifəti təmsil edən “Respublika” partiyasının üzvüdür.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza