Prezident İlham Əliyev Sabirabad rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncama əsasən, Sabirabad rayonunun 8 min nəfər əhalisinin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 960 (doqquz yüz altmış) min manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğin maliyyələşməsini müəyyən olunmuş qaydada təmin etməlidir.
Modern.az