Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş akademik Əhliman Əmiraslanov parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Milli Məclisin Səhiyyə komitəsinə müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.
Ünvanlanan müraciətlər arasında xəstələrin müalicəsi, müxtəlif cərrahi əməliyyatlarla bağlı məsələlər üstünlük təşkil edib.
Qəbul zamanı 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif problemlərin həllində deputatdan köməklik istəyən seçicilər də iştirak etmişdir.
Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Əhliman Əmiraslanov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.