Modern.az

Rusiyada partlayış - 2 min insan təxliyyə olundu

Rusiyada partlayış - 2 min insan təxliyyə olundu

Aktual

16 May 2018, 17:00

Rusiya Federasiyasının Udmurtiya respublikasında iki min nəfər təxliyə olunub.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, təxliyəyə səbəb poliqonda ard-arda partlayışların baş verməsi olub.

Respublikanın Puqaçova qəsəbəsindən köhnə hərbi poliqonda ard-arda baş vermiş partlayışlara görə iki min nəfər sakin təxliyə olunub.

 

Qəsəbə anbarlardan 2-3 km aralıda yerləşir.

Partlayışlar 10 hektar ərazini əhatə edən yanğına səbəb olub.

 

Qeyd edək ki, 2011-ci ilin iyunun 2-də yenə də həmin ərazidə partlayışlar baş verib. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 100 nəfər isə xəsarət alıb. Onlardan 48-i xəstəxanaya qaldırılıb. 2011-ci ildə baş verən hadisələrdə 28 min insan təxliyə olunmuşdu.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza