Modern.az

"Bu ölkənin əhalisi 2050-ci ilədək xeyli azalacaq" - BMT

"Bu ölkənin əhalisi 2050-ci ilədək xeyli azalacaq" - BMT

18 May 2018, 00:06

Ukraynanın əhalisinin sayı 2050-ci ilədək 36 milyon nəfərə qədər azalacaq və yaşayış əsasən ölkənin şəhərlərində olacaq. Bu proqnoz mayın 16-da BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən səsləndirilib.

 

Modern.az  xəbər verir ki, milli statistika agentliklərinin məlumatına əsaslanan təşkilatın hesablamalarına görə, 2050-ci ilə qədər 28,5 milyon ukraynalı şəhərlərdə yaşayacaq. Bu da əhalinin 78 faizi deməkdir.

 

Hazırda Ukraynanın əhalisi 43 milyon 579 min nəfərdir. Proqnozlar özünü doğrultsa, 2050-ci ildə Ukraynanın əhalisi 1950-ci ildəki kimi olacaq. Ukraynada əhalinin ən çox sayı 1990-cu ildə qeydə alınıb – 51,5 milyon nəfər. (AZƏRTAC)

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı