Modern.az

Şimali Koreya Cənubla danışıqlardan çıxa bilər - GƏRGİNLİK

Şimali Koreya Cənubla danışıqlardan çıxa bilər - GƏRGİNLİK

18 May 2018, 10:15

Şimali Koreya Cənubla birləşmək barədə dialoqları sonlandıra bilər.

 

Modern.az “Chosun İlbo” nəşrinə istinadən xəbər verir ki, bu barədə Vətənin dinc yolla birləşdirilməsi üzrə Şimali Koreya Komitəsinin sədri Li Son Qvon bildirib.

 

Nəşr bu məlumatı Koreyanın mərkəzi Teleqraf agentliyinə istinadən verib.

“Şimal və Cənub arasındakı yüksək səviyyəli dialoqun dayandırılmasına gətirib çıxaran ciddi vəziyyət həll edilsə də Cənubi Koreyanın mövcud rejiminin nümayəndələri ilə üz-üzə oturmaq asan olmayacaq” – Qvon bildirib.

 

O həmçinin dialoqun gələcəyinin Koreya Respublikası hakimiyyətinin gələcək fəaliyyətindən asılı olduğunu da qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya tərəfi Koreya Respublikası və ABŞ-ın birgə keçirdiyi hərbi təlimlərə etirazını bildirib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı