Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov qanunsuz tikilən evlərin sənədləşdirilməsi ilə əlaqadar Prezident İlham Əliyevin verdiyi tapşırığın yerinə yetirilməməsi ilə bağlı səslənən fikirləri təkzib edib. Deputat Modern.az-a açıqlamasında bildirib ki, ölkədə kifayət qədər qurumlar hazırda sənədləşdirmə ilə məğul olur.
Problemin köklərinin daha dərin olduğunu qeyd edən S. Novruzovun sözlərinə görə, sənədsiz evlərlərlə bağlı vəziyyət bu günün məsələsi deyil. Deputatın sözlərinə görə, bu son 50-60 ilin ortaya çıxardığı amildir.
“Bakıda bu problem 100 illərlə mövcud olub. Bakının kəndlərinə evlər var ki, heç bir sənədi yoxdur. Vətəndaş yaşadığı evlə bağlı vaxtında sənəd almayıb, yaxud tikilinin qeyri-qanuni olumasına fikir verməyib. Hazırda məsələnin həll olunması üçün işlər gedir”-deyə YAP rəsmisi vurğulayıb.
S.Novruzovun fikirncə, bu problemin birdən-birə həllini tapması bir qədər çətindir.
“Yarım milyona qədər evlər sənədsiz tikilib. Aparılan prosesdə sənədləşmə ilə bağlı bir çox ziddiyyətli məqamlar ortaya çıxıb. Məsələn, iki qohum və ya ailə üzvləri arasında sənədləşmə məsələləri ilə bağlı problemlər mövcuddur. Problem həm də mülkiyyət mübahisələrini ortaya çıxarıb”-deyə S.Novruzov vurğulayıb.
Modern.az