Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasına (AŞPA) etiraz bəyanatının göndərilməsini təklif edib.
Modern.az-ın məlumatına görə, Azərbaycanın AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinin müzakirəsi zamanı F.Mustafa qərarı tənqid edib.
O, etiraz bəyanatının hazırlanmasının vacibliyinin vurğulayıb.
“Bu sənəd AŞPA-nın iyunda keçirilən iclasında oxunsun. Və ya oradakı deputatlara yayılsın. Digər bir tərəfdən də AXC-nin 100 illik yubileyi orada keçirilsin".