“AŞPA-nın qərarı ilə bağlı məsələdə söhbət Səməd Seyidovdan deyil, Azəbaycandan gedir. AŞPA-da atılan addımlar Azərbaycana, ölkəmizin iqtisadi inkişafına atılan addımdır. Azərbaycanı gözü götüməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirlən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayə heyətlərimiz üzvləri birgə, planlı şəkildə fəaliyyət göstərməlidirlər.
“Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, bundan sonra ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayanı ölkəmizin üzərinə yazmaq böhtandır. Biz bu istiqamətdə işimizi davam etirməli, ölkəmizin maraqlarını bütün çərivələrdə müdafiə etməliyik”.
S.Novruzovun sözlərinə görə, İslam dinində buyurulur ki, insanlardan malınızı, dövlətinizi əsirgəməyin.
“Biz də nə edirik ki? Əsirgəmirik. Hesab edirəm ki, bu istiqamətdə də işimizi davam etdirməliyik. Ölkəmizin maraqlarını təmsil etməliyik. Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir? ABŞ və digər ölkələrdə hətta, lobbiçiliklə bağlı qanunlar da var” – deyə, S.Novruzov əlavə edib.