Modern.az

Qüdrət Həsənquliyev büdcəni talayan məmurların həbsini İSTƏDİ

Qüdrət Həsənquliyev büdcəni talayan məmurların həbsini İSTƏDİ

18 May 2018, 13:10

“Hesabalama Palatasının hesabatında uğurlu addımların atıldığı görünür. Lakin son nəticə ürəkaçan deyil. Çünki bizdə büdcə vəsaitləri ilə işləyən vəzifəli şəxslər elə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmadan istifadə edə bilərlər”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə Hesablama Palatasının 2017-ci ilə dair hesabatına münasibət bildirən deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir.

“Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya inzitam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir. Bugünkü hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər var. Lakin həmin təkliflərin hansı hissəsi nəzərə alınır? Bunlar parlamentin müvafiq komitəslərində müzakirəyə çıxarılmalıdır. Növbəti hesabatlarda Palata bizə verdiyi təkliflərin neçəsinin parlament, hökümət tərəfindən nəzərə alındığını açıqlamalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər