Modern.az

Ərdoğan Avropa ölkəsinə səfər edəcək

Ərdoğan Avropa ölkəsinə səfər edəcək

18 May 2018, 15:29

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2 gün sonra Bosniya və Hersoqoviniyaya işgüzar səfər edəcək.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Bosniya və Hersoqovinanın Prezident Şurasının sədri Bakir İzetbeqoviç ilə bir araya gələcək.

 

O, Avropalı Türk Demokratlar Birliyinin (UETD) 6-cı Baş Assambleyasına da qatılacaq. Bundan əlavə, Beynəlxalq Saraybosna Universiteti tərəfindən  özünə həvalə ediləcək fəxri doktor adı üçün keçiriləcək mərasimə qatılacağı açıqlanıb.

 

 Görüşlərdə Bosniya Və Herseqovina ilə ikitərəfli əlaqələr və Balkan ölkələrindəki hadisələr müzakirə olunacaq, həmçinin digər regional və beynəlxalq məsələlərə qiymət veriləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU