Modern.az

Cənubi Kipr prezidenti: “Türkiyə sülhü təhdid edir”

Cənubi Kipr prezidenti: “Türkiyə sülhü təhdid edir”

18 May 2018, 15:55

Cənubi Kiprin lideri Nikos Anastasiadis Kiprdə Türkiyənin təminatçılığına son qoyulmasını tələb edib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Anastasiadis Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Birliyinin Balkan Sammitində çıxış edib. Çıxışında Türkiyənin Kiprdəki təminatçılığının sona çatdırılmasını istəyib. Onun sözlərinə görə, Türkiyə bu addımı ilə regiondakı təhlükəsizliyi təmin etmir, əksinə, təhdid edir.

 

O çıxışı zamanı bunları deyib: “Xalqımızın sülh, sabitlik və rifahını təmin edə biləcək yeganə etibarlı tərəfdaş Avropa Birliyidir.  Heç Bir üçüncü qüvvə böyük region üçün ümidverici bir sabah ola bilməz və hər kəs bunu çox yaxşı bilir. Avropa Birliyi də üçüncü qüvvənin müdaxiləsinə yol verməməlidir”.

 

Qeyd edək ki, Kiprdə Türkiyədən başqa, Böyük Britaniya və Yunanıstanın da təminatçı funksiyasını yerinə yetirir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır