“Biz dünya təcrübəsinə uyğun qanun qəbul etməliyik. Qanun qəbul olunduqdan sonra müəyyənləşməlidir ki, o kimlərə şamil olunsun”.
Bu sözləri Modern.az-a “Eks-prezidentlər haqqında” qanun layihəsi ilə bağlı məsələyə münasibət bildirərkən deputat Siyavuş Novruzov deyib.
O, qeyd edib ki, sözügedən qanunun qəbul edilməsinin tərəfdarıdır: “Qanunun müddüaları kimə şamil olunacaqsa, demək ki, o şəxslərə də status veriləcək”.
Xatırladaq ki, indiyə qədər Siyavuş Novruzov da daxil olmaqla əksər YAP funksionerləri bu qanunun səlahiyyət müddətləri başa çatmadan prezident postunu tərk etmiş Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə şamil olunmasına qarşı çıxıblar.
Modern.az