Modern.az

Deputat köməkçiləri USAİD-in Azərbaycan Parlament Proqramına qiymət verdilər

Deputat köməkçiləri USAİD-in Azərbaycan Parlament  Proqramına qiymət verdilər

25 Avqust 2011, 11:26

52  saylı  Quba  seçki  dairəsindən  deputat Vahid  Əhmədovun  köməkçisi Arif  Orucov Modern.az saytına bildirib ki, deputat  köməkçisi yeni  təsis olunmuş  vəzifədir  və  bu  sahədə  kifayət  qədər  bilgi  yoxdur: “USAİD-in Azərbaycan Parlament Proqramı  çərçivəsində  keçirilən treninqləri  deputat  köməkçilərinin  seçki  dairələrində işinin təşkili  sahəsində  peşəkarlığının  artırılması  baxımından  çox  vacib və əhəmiyyətlidir. Keçirilən  treninqlərdə  dünya  praktikasında  olan təcrübə  öyrənilməklə  yanaşı, təlimlər  zamanı aparılan  fikir mübadiləsi  nəticəsində  yerlərdə  qazanılmış  müsbət  iş  təcrübəsinin öyrənilməsi və  köməkçilərin  bir- birini  tanıması, işgüzar  ünsiyyətin qurulması  baxımından   da  çox  əhəmiyyətlidir. Təlimlərin  keçirilməsi Mılli  Məclislə  seçicilər  arasında  əlaqənin  daha  effektli qurulması  işində,  Milli  Məclisdə  qərarvermə  prosesinə  seçicilərin cəlb  edilməsi  sahəsində, ərizə  və  şikayətlərin  vaxtında araşdırılaraq  tədbir  görülməsində  və  bir  çox  digər  sahələrdə yarana  biləcək  problemlərin  həlli  yollarını  tapmaqda  çox əhəmiyyətlidir. Treninqlərin  keçirilməsini  vacib  sayıram  və gələcəkdə də təşkil olunmasını  arzu  edirəm”.

46 saylı Şirvan seçki dairəsindən deputat Azay Quliyevin köməkçisi Şahin Nəbiyev isə deyib ki, USAİD-in Azərbaycan Parlament  Proqramı deputat köməkçilərinin fəaliyyətində böyük əhəmiyyətə malikdir:
“Mən bunu ilk növbədə deputat köməkçilərinin biri-birləri ilə əlaqələrinin qurulmasında görürəm. Bundan başqa beynəlxalq təcrübənin öyrənilməsi baxımından da biz bu proqramdan xeyli yararlanmışıq.
Əsas məsələ isə seçicilərlə işdir, elə bizim əsas vəzifəmiz də deputatın yerdə həqiqi nümayəndəsi olmaqdır. Bu baxımdan da USAİD-in Azərbaycan Parlament  Proqramının əhəmiyyətini yüksək qiymətləndirirəm. Çünki yerlərdə deputat köməkçiləri üçün ofislərin verilməsi ideyası bu qurumla bağlıdır. Hesab edirəm ki, bu proqram hələ xeyli davam etməlidir. Çünki hələ öyrənəcəyimiz şeylər çoxdur. Bir sözlə, deputat köməkçisi institunun möhkəmləməsində USAİD-in Azərbaycan Parlament  Proqramınınəməyi var. Bunu hamımız qiymətləndiririk”.

Deputat Fuad Muradovun köməkçisi Heydər Atayev:
“Azərbaycanda ilk dəfə deputat köməkçisi inistutu 2007-ci ildə təsis olundu. Deputat köməkçisi inistutu təsis olunduqdan sonra müəyyən problemlər var idi. Deputat köməkçiləri  öz fəaliyyətini hansı istiqamətdə qurmalıdılar, deputatın seçildiyi dairənin ərazisindəki seçicilərlə hansı istiqamətdə işlərini aparmalıdırlar  ki, bu iş effektiv, səmərəli olsun. Deputatın seçicilər üçün daha əlçatan olması, seçicilərin problemi daha operativ şəkildə həll olması və s.  Bu məsələ bütün deputat köməkçilərini narahat edirdi. Çünki bizdən əvvəl deputat köməkçilərinin, bu sahədə fəaliyyət göstərən təcrübəli ekspertlərin olmaması, bu inistutun inkşaf etməsi üçün, gələcəkdə özünü daha da təkmilləşdirməsi və bi sahədə fəaliyyət göstərən yeni əməkdaşların öz işlərini düzgün şəkildə qurmaları üçün müəyyən problemlər yaranmışdı. Lakin bu problemin həlli istiqamətində parlament rəhbərliyi, Milli Məclis  Aparatı tərəfindən və Amerikanın USAİD təşkilatı tərəfindən müəyyən bir layihə işlənib hazırlandı. Bu layihə Parlament Proqamı adını aldı və burada artıq mütəmadi olaraq yeni yaranmış institutun, deputat köməkçilərinin bu proqrama cəlb olunması onlar üçün həm regionlarda, həm də Bakı şəhərində təlimlərin hazırlanması, keçirilməsi, xarici olkələrdən bu sahəni daha dərindən bilən ekspertlərin cəlb olunması, bu proqramın geniş şəkildə bütün ölkə ərazisindəki deputat köməkçiləri üçün həyata keçirilməsi bu institutun inkşafına böyük təkan verdi. Bu gün 3-cü və 4-cü çağırış deputat köməkçisi kimi fəaliyyət göstərən parlamentin əməkdaşları artıq öz işlərini yüksək səviyyədə, səmərəli şəkildə həyata keçirməkdədirlər. Bu gün bu proqramın davam etməsi bizə ona görə lazımdı ki, 4-cü çağırışda Milli Məclisə yeni deputatlar seçildi, yeni seçilən deputatların artıq yeni deputat köməkçiləri var. Onların da bu biliklərə yiyələnmələri üçün, beynəlxalq təcrübəni öyrənmələri üçün proqramın davam etdirilməsi vacibdi. Parlament Proqramı çərçivəsində həyata keçirilən layihələrdə biz yeni nəsə öyrənirik ki, bunu öz işimizdə tətbiq etməklə fəaliyyətimizi daha səmərəli, daha məhsuldar həyata keçirə bilək.

Mail AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?