Modern.az

Xırdalanda yaşayış binasında yanğın - 20 nəfər təxliyə edilib

Xırdalanda yaşayış binasında yanğın - 20 nəfər təxliyə edilib

Aktual

20 May 2018, 22:40

Xırdalanda yanğın qeydə alınıb.

 

Modern.az  FHN-ə istinadən verdiyi məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza