Modern.az

Tramp Şimali Koreya lideri ilə görüşməyə bilər - SƏBƏB

Tramp Şimali Koreya lideri ilə görüşməyə bilər - SƏBƏB

21 May 2018, 09:42

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla iyunun 12-də planlaşdırılan sammitdən imtina edə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə Tramp görüşün siyasi biyabırçılıqla bitəcəyindən narahatdır və buna görə köməkçilərindən görüşə gedib-getməməsi ilə bağlı fikir alır.

Adı açıqlanmayan mənbə Trampın rəsmi Pxenyanın hədə dolu son açıqlanmasından hiddətləndiyini də bildirir.

 

Trampın məsləhətçiləri isə prezidentin görüşlə bağlı maraqlı tərəf olmasını göstərməyindən narazı qalıblar. Həmçinin, Trampın Şimali Koreyanın nüvə proqramı ilə bağlı kifayət qədər məlumatlı olması da şübhə altındadır.

 

Bununla belə, “The New York Times” Trampın Kim Çenla görüşdən tam imtina etmədiyini də yazır.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK