“Microsoft” şirkəti ABŞ-ın kəşfiyyat orqanları ilə müqavilə bağlayıb.
Modern.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, şirkət yenidən ABŞ-ın 17 kəşfiyyat idarəsinin hamısına xidmət göstərəcək.
Şirkət özünün serverlərini ABŞ-ın kəşfiyyat orqanlarına gizli məlumatların saxlanılması üçün təqdim edəcək.
Qəzetin məlumatına görə bu müqavilə şirkətə bu sahədə öz rəqibləri qarşısından böyük üstünlük verib. Belə ki yeni müqaviləyə əsasən artıq şirkət kəşfiyyatçılar üçün xüsusi serverlər yaratmaq imkanı əldə edəcək. Bundan əlavə yeni müqaviləyə əsasən yeni xidmətlər də nəzərdə tutulub.
Qeyd edək ki, “Microsoft” bu sahədə kəşfiyyat orqanlarının yeganə müştərisi deyil. Onun rəqibi Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə 600 milyon dollara bağladığı müqavilə ilə indiyə kimi əsas lider olan “Amazon Web Services” şirkətidir.
“Micrasoft” üçün bu nəhəng qələbədir. Bu özlüyündə dirçəlişdir. Kəşfiyyat orqanları bu sahədə bir şirkətin xidmətindən yararlanmağın təhlükəli ola biləcəyindən narahatdır” şirkətin vitse-prezidenti Dana Brans bildirib.
Burada şirkət üçün əsas qələbə əldə edəcəyi gəlir deyil, əsas onun gələcək daha nəhəng layihələrə yolunun açılmasıdır.
Əvəz ZEYNALOV