Modern.az

Əfv sərəncamı bu həftə verilə bilər

Əfv sərəncamı bu həftə verilə bilər

Aktual

21 May 2018, 11:25

“Prezident yanında Əfv Məsələləri Komissiyasının iclaslarına yekun vurulub. Bu həftə ərzində prezident tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir”.

 

Bunu Modern.az-a Komissiya üzvü Rəşad Məcid bildirib. 

 

R.Məcidin sözlərinə görə, iclaslarda ümumilikdə 1500-ə yaxın müraciətə baxılıb:

“Budəfəki əfv sərəncamının genişmiqyaslı olacağı, təxminən 500 məhbusa şamil ediləcəyi gözlənilir”.

 

O deyib ki, siyahı yekunlaşdığından prezidentə təqdim olunacaq:

“Siyahının prezidentə təqdim edilmə vaxtını Konissiyanın Katibliyi müəyyən edir. Bu, amnistiyaya bərabər səviyyədə əfv sərəncamı olacaq”.

 

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarına bu ilin yanvar ayının sonlarından start verilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza