Rusiya qırıcıları Baltikyanı ərazilərdə həftə ərzində 5 dəfə müşayiət olunublar.
Modern.az xəbər verir ki, bu barədə Litva Müdafiə nazirliyi ölkənin hava sərhədlərinin həftəlik hesabatında bildirib.
Əsasən mayın 14-də Zoknay bazasında yerləşdirilmiş Portuqaliya və İspaniya qırıcıları gün ərzində iki dəfə “İl-20” və bir neçə “Su-24” qırıcılarını müşayiət etmək üçün havaya qalxıblar.
Rusiya tərəfi isə hərbi təyyarələrinin neytral sularda hərəkət etdiyini bildirir.
Qeyd edək ki, öz aviasiyası olmadığı səbəbi ilə Baltikyanı ölkələrin hava sərhədlərini NATO hərbi təyyarələri qoruyur. 2004-cü ildən etibarən bu təyyarələr Litvanın Zoknay aviabazasında yerləşdirilib.
Əvvəl bu missiya üçün 4 hərbi təyyarə nəzərdə tutulmuşdusa daha sonra onların sayı 10-a çatdırılıb.
Əvəz ZEYNALOV