Modern.az

Qaz kəmərinə hücum – 5 ölü

Qaz kəmərinə hücum – 5 ölü

Aktual

21 May 2018, 11:54

TƏPH (Türkmənistan, Əfqanistan, Pakistan, Hindistan) qaz kəməri Əfqanıstan ərazisində naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

 

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib.

Agentliyin məlumatına görə kəmərin tikinti gedən hissəsi hücuma məruz qalıb.

 

Hələ ki, ölkə ərazisində fəaliyyət göstərən ekstremist qruplaşmalardan heç biri hücumu üzərinə götürməyib.

Qeyd edək ki, TƏPH qaz kəməri Türkmənistandan başlayaraq digər 3  ölkənin ərazisindən keçib ümumi uzunluğu 1735 km olan nəhəng layihələrdən biridir.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza