Modern.az

Tərcümə Mərkəzinin yeni layihəsi – “Azərbaycan ədəbiyyatı virtual aləmdə”

Tərcümə Mərkəzinin yeni layihəsi – “Azərbaycan ədəbiyyatı virtual aləmdə”

Aktual

21 May 2018, 12:29

Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqamətində yeni layihəyə start verib. 



Mərkəz “Azərbaycan ədəbiyyatı virtual aləmdə” adlı layihə vasitəsilə ədəbiyyatımızı dünyaya beynəlxalq elektron informasiya şəbəkələri vasitəsi ilə təqdim edəcək. 



İlk layihə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilib. Belarusun məşhur “Sozvuçie” (Созвучие – литература и публицистика стран Содружества) ədəbi portalı “Ларец жемчужин” (İncilər xəzinəsi) rubrikası altında  Nizami Gəncəvinin həyatına dair məlumata və şairin əsərlərinə geniş yer ayırıb.

 

“Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsinin ingilis, fransız, alman, türk, ərəb, çex və digər dillərdə müvafiq dünya portalları vasitəsilə davamlı olaraq yayınlanacağı nəzərdə tutulur. 

 

Nizami Gəncəvi haqqındakı materialla bu linkdə baxa bilərsiniz:

//sozvuchie.by/poeziya/item/3259-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-nizami-gyandzhevi.html

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza