Modern.az

İnşallah, Azərbaycanda görüşərik!!! -Qənirə Paşayevadan Ramil Səfərova təbrik

İnşallah, Azərbaycanda görüşərik!!! -Qənirə Paşayevadan Ramil Səfərova təbrik

Ölkə

25 Avqust 2011, 15:03

Sabah Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda erməni zabitini cəzalandıran Milli Ordumuzun zabiti, baş leytenant Ramil Səfərovun doğum günüdür. Onun 34 yaşı tamam olur.

Milli Məclisin depuatı Qənira Paşayeva Modern.az saytı vasitəsilə Budapeştdə ömürlük həbsdə olan zabitimizə təbriklərini çatdırıb:

"Təbrik edirik! İnşallah 35 yaşı evində ailənlə keçirəsən!

Ramillə Macarıstanda həbsxanada görüşəndən və söhbətlər edəndən sonra bu cür vətənpərvər bir gənci yaxından tanımaqdan çox məmun olmuşdum. O, vaxtdan Ramillə ara-bir telefonla danışırıq, bayramlarda mütləq biri-birimizi təbrik edirik.

İnşallah, Səni telefonla təbrik etmək imkanı əldə edəcəyik. Bu əziz Ramazan ayında ən böyük dualarımızdan biri Səninlə bağlıdır Ramil!
Allah qapını açsın, Sənə kömək olsun, Macarıstan həbsxanasından azadlığa çıxasan və gələn Ramazanı Cəbrayılımızda - öz evinizdə keçirəsən.

Mən bilirəm ki, Sənin ən böyük arzun Qarabağa, Cəbrayıla və işğaldan azad edəcəyimiz bütün gözəl torpaqlarımıza qayıtmamızdır. Biz mütləq torpaqlarımızı alacağıq və Sən də, biz də, hamımız Qarabağda Azərbaycan bayrağının yenidən dalğalanmasını görəcəyik və bu proseslərdə iştirak edəcəyik...

Şənbə günü Sənə yenidən bizimlə telefon əlaqəsi qirmaq imkanı veriləcək. Atan, yaxınların, biz sənə təbriklərimizi canlı olaraq çatdıracağıq...
İnşallah, Azərbaycanda görüşərik!!!". 

Ramil Səfərov 26 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında müdafiə nazirinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər müdafiə nazirinin sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında müdafiə nazirinin sərəncamı ilə Heydər Əliyev adına Ali Hərbi Komandirlər Məktəbinə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib.

 2004-cü ilin yanvar ayında müdafiə nazirinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabiti qətlə yetirib.   
Azərbaycan bayrağını təhqir etdiyinə görə! 

Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Ramil Səfərovun doğulduğu Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni qəsbkarları tərəfindən işğal edilib. Ramil Səfərov həbsdə olduğu müddətdə tanınmış macar yazıçısı Maqda Sabonun "Qapı" romanını macarcadan Azərbaycan dilinə tərcümə edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər