İranın İnqilab Mühafizəçiləri Korpusunun komandiri İsmayıl Kovsari ABŞ-ı hədələyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,ABŞ-ın dövlət katibi Mayk Pompeonun yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürməsinə qarşı İrandan daha bir sərt reaksiya gəlib.
İsmayıl Kovsari Pompeonu çıxışı ilə bağlı təhdid edib: “ İran xalqı düşmənə qarşı birlik olmalıdır. Belə olduqda, həm ABŞ-ın xarici işlər nazirinin, həm də onun yanında olan hər kəsə yumruğumuzun gücünü göstərəcəyik”.