Modern.az

Xarici jurnalistlər Şimali Koreyada

Xarici jurnalistlər Şimali Koreyada

22 May 2018, 11:38

Xarici jurnalistlər Şimali Koreyaya səfər ediblər.

 

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, içərisində xarici jurnalistləri daşıyan təyyarə “Kalma” hava limanında eniş edib.

 

Təyyarənin Pekindən yerli vaxtla 9:40-da (Bakı vaxtı ilə 5:40) uçuşa başladığı bildirilir. Biletlərdə təyinat məntəqəsi olaraq Pxenyan göstərilib.

 

Təyyarədə Koreya Respublikasının jurnalistləri olmayıb. Gələn jurnalistlərin hava şəraiti yaxşı olarsa “Punqeri” poliqonunun qapanması mərasiminə mayın 23-də gedəcəkləri də bildirilib.

 

Qeyd edək ki, Şimali Koreya rəhbərliyi üçüncü dəfə müxtəlif səbəblərdən Koreya Respublikası jurnalistlərinin siyahısını təsdiq etməkdən imtina edib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK