ABŞ prezidenti Donald Tramp müasir müdafiə vasitələri olmayan telefondan istifadə edir.
Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri iki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Tramp iki “iPhone”dan istifadə edir. Onlardan birini zənglər etmək, digərini isə “Twitterdə” və xəbərləri oxumaq üçün istifadə edir.
Ondan əvvəlki ABŞ lideri təhlükəsizlik üçün hər 30 gündən bir telefonunu dəyişib. Tramp isə ona xoş olmadığı üçün bu praktikadan imtina edib. Nəticədə mənbələrin bildirdiyi kimi, prezidentin “Twitter” və xəbərlər üçün istifadə etdiyi telefonu artıq 5 aydan çoxdur ki, yoxlanılmır.
Əvəz ZEYNALOV