Modern.az

Əlillərlə bağlı qanun dəyişdirilir  

Əlillərlə bağlı qanun dəyişdirilir   

Aktual

22 May 2018, 15:23

Bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil ediləcək.

Modern.az-ın məlumatına görə, bu barədə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin 24.5-ci maddəsində öz əksini tapıb. Qanun layihəsində qeyd edilib ki, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlilliyi olan şəxslərin “Əmək pensiyaları haqqında” qanuna əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət onların sığorta stajına daxil edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər