Müqəddəs Ramazan ayının 25-ci günü deputat Novruz Aslanov İsmayıllı rayonu İvanovka kəndində rayon İcra Hakimiyyətinin təşkil etdiyi növbəti iftar süfrəsində iştirak edib.
Deputatın qərargahından bildirilib ki, Ramazan ayı başladığı gündən millət vəkili öz seçiciləri ilə 4-cü dəfə belə süfrə arxasında iftarda görüşür. Kəndin Mədəniyyət sarayında təşkil edilmiş iftar süfrəsində 350 nəfərdən çox sakin iştirak edib. Yerli hökumət strukturlarının rəhbərlərinin də qatıldığı tədbirə ətraf kəndlərdən də insanlar təşrif buyurublar. Bu, Ramazan ayının başladığı gündən rayonda kütləvi şəkildə verilən 4-cü iftar süfrəsidir.
Bundan əvvəl İsmayıllı şəhəri, Lahıc və Diyallı kəndlərində də belə iftar süfrələri təşkil edilib.